Hillari Klinton Kamala Harrisin namizədliyini dəstəkləyib- AÇIQLAMA

2016-cı il prezident seçkilərində Donald Trampa rəqib olmuş keçmiş dövlət katibi Hillari Klinton ABŞ-ın vitse-prezidenti Kamala Harrisin prezidentliyə namizədliyini dəstəkləyib.

Azpost.info xəbər verir ki, Klinton Harrisin əvvəllər prokuror olması faktını qeyd edib və bildirib ki, bu, Trampın məhkəmə prosesləri fonunda xüsusilə vacibdir.

“Kamala Harrisi çoxdan tanıyıram. Bu parlaq prokuror mühakimə olunmuş cinayətkar Donald Trampa qarşı iş qaldıra biləcək”, – Klinton deyib.

Klinton Harrisin Trampın siyasi gündəminə qarşı çıxa biləcəyinə inandığın deyib və ona maliyyə dəstəyi verməyə çağırıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.