Hindistan Baş nazirinin Rusiyaya səfəri ABŞ-ı qəzəbləndirib

Hindistanın baş naziri Narendra Modinin Rusiyaya səfəri ABŞ-ın mənfi reaksiyasına səbəb olub. 

Azpost.info bildirir ki, bu barədə Bloomberg Agentiyi Ağ Evdəki adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

Narendra Modinin NATO sammiti ərəfəsində etdiyi bu səfər Hindistanla əlaqələrin gücləndirilməsinin tərəfdarı olan ABŞ administrasiyasının rəsmilərini qəzəbləndirib.

Onların məlumatına görə, Modinin Moskvaya səfəri və Putinlə səmimi görüşü Amerika rəhbərliyində Vaşinqton və Dehli arasında yaxınlaşmaya qarşı çıxan qüvvələrin mövqelərini gücləndirib.

Agentlik xatırladır ki, Hindistanın baş nazirinin Rusiyaya səfərinin nəticələri iki ölkə arasında nüvə enerjisi sahəsində əməkdaşlığın dərinləşməsi olub. İki ölkənin strateji tərəfdaşlığı da təsdiqlənib. Bu baxımdan səfər süni intellekt və müdafiə texnologiyaları kimi strateji sahələrdə Dehli ilə əməkdaşlığın inkişaf etdirilməsinin tərəfdarı olan Bayden komandası tərəfindən çox mənfi qarşılandığı  bildirilir.

Bu səbəbdən Amerika rəsmiləri hindistanlı həmkarları ilə bir neçə görüş keçirib, telefon danışıqları aparıblar. Belə söhbətlərin birində ABŞ dövlət katibinin müavini Kurt Kempbell Hindistanın xarici işlər nazirinin birinci müavini Vinay Kuatre ilə söhbətində Modinin Rusiyaya səfəri üçün seçilən tarixin Vaşinqton üçün xüsusilə uyğunsuz  olduğunu deyib.

Əvvəlki məqalə

“ABŞ-ın Almaniyada raket yerləşdirməsinə hərbi yolla cavab veriləcək”

Sonrakı məqalə

“Ukrayna NATO-ya daxil olsa onların hər ikisi yox olacaq”