Hindistan Ermənistana 245 milyon dollarlıq silah göndərir

Hindistan Ermənistanla çoxlu sayda raket, reaktiv mərmi və sursatların ixracına dair müqavilə imzalayıb.

“Economic Times” xəbər verir ki, müqavilə bu ayın əvvəlində iki ölkənin hökumətləri arasında imzalanıb.

Müqavilələrin ümumi məbləği tam olaraq açıqlanmasa da, yaxın aylarda Ermənistana təqribən 245 milyon ABŞ dolları məbləğində silah göndəriləcək.

O da qeyd olunub ki, Hindistan ilk dəfə olaraq “Pinaka” çoxlüləli reaktiv atış qurğularını ixrac edəcək, hansı ki, bu qurğular Hindistan ordusunun arsenalında yer alır. (APA)

Əvvəlki məqalə

Buzovnada 33 yaşlı Valeh Qədəşov əmisini bıçaqla öldürüb

Sonrakı məqalə

Avqust ayında ünvanlı sosial yardımın məbləği artıb