“Ukraynadakı münaqişənin həllinə istənilən yolla töhfə verməyə hazırıq”- Hindistan XİN

Hindistan Ukraynadakı münaqişənin həllinə istənilən yolla töhfə verməyə hazırdır.

Azpost.info xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar deyib.

“Ukrayna münaqişəsi ilə bağlı dialoq və diplomatiya əhəmiyyətlidir. Hindistanın baş naziri Narendra Modi bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. Hindistan hər cür töhfə verməyə hazırdır”, – XİN başçısı bildirib.

Daha əvvəl məlumat yayılmışdı ki, Modi avqustun 23-də Ukraynaya səfər edə bilər. Telekanal qeyd edir ki, Zelenski bundan əvvəl Modi ilə telefon danışığı aparıb və Hindistan liderini ölkəsinə səfərə dəvət edib. Bundan sonra onlar İtaliyada keçirilən G7 sammiti çərçivəsində görüşüblər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.