Hirkan Milli Parkında yanğın söndürülüb

Hirkan Milli Parkının Astara rayonu, Çükəş kəndi yaxınlığındakı ərazisində bu gün səhər saatlarında baş verən yanğın söndürülüb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, ərazidə növbətçilik təşkil edilib.

“Yanğın nəticəsində quru ot örtüyü yanıb. Hazırda baş verən yanğınla bağlı FHN-in əməkdaşları ilə birgə araşdırma aparılır”, – məlumatda deyilir.

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.