Hollandiyanın tanınmış şirkəti, ölkəmizdə 23 ildir fəaliyyət göstərən “AA Servises” şirkətinin Azərbaycandakı filialı fəaliyyətini dayandırdığını və ləğv olunduğunu elan edib (VÖEN: 9900026961).
Qeyd edək ki, “AA services” Azərbaycanda neft tullantılarının emalı və daşınması ilə məşğul olub.
Elana əsasən, kreditorlar iki ay ərzində tələblərini AZ1102 Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 3001-ci məhəllə ünvanına bildirə bilərlər.