“Xarici işlər naziri Mövlud Çavuşoğlu hər zaman olduğu kimi, Türkiyənin Azərbaycanın yanında olduğunu vurğuladı. Bu məsələdə Azərbaycanın yanında olduğuna görə Türkiyə tərəfinə bir daha təşəkkürümüzü bildirmək istərdik”.
Azpost.info xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “TRT Haber”ə açıqlamasında deyib.
“Son aylarda İran mətbuatında və İran dairələrində Azərbaycan əleyhinə kampaniya aparılır. Hesab edirik ki, hücumlara bu kampaniya səbəb olub. Bu təxribatlar, mətbuatda Azərbaycan əleyhinə yazılar, kampaniyalar Azərbaycan-İran münasibətlərinə çox mənfi təsir göstərir. İran tərəfi Azərbaycana qarşı aparılan bu kampaniya ilə bağlı tədbir görməlidir”, – A.Hacızadə bildirib.
Azpost.info