Avqustun 19-20 tarixlərində ölkə ərazisində qeydə alınan 97, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Azpost.info bildirir ki, bu barədə DİN mətbuat xidmətinin məlumatında deyilir.
Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
Axtarışda olduğuna görə ümumilikdə 63, o cümlədən borclu şəxs qismində axtarışda olan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Cinayət törətməkdə şübhəli bilinən 77 nəfər saxlanılıb.
Azpost.info