Hərbçilərimiz ABŞ-da Milli Qvardiyanın kiber əməliyyat proqramında iştirak edib –FOTO

Azərbaycan Müdafiə Nazirliyinin üç zabiti ABŞ-ın Oklahoma Milli Qvardiyasında kiber müdafiə əməliyyatları sahəsində təcrübə mübadiləsində olub.

Azpost.info bildirir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Oklahoma Milli Qvardiyasının Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində ötən həftə Azərbaycan Müdafiə Nazirliyinin üç zabiti  kiber müdafiə əməliyyatları sahəsində hərbi bilik mübadiləsi aparmaq üçün Oklahoma şəhərində olub.

Azərbaycanlı hərbçilər ABŞ-də strategiya və təcrübələri müzakirə etmək üçün mülkü şəxslər və hərbçi həmkarları ilə görüşlər keçirib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.