“Hərbi yardımın gecikməsi Ukraynanın məğlubiyyət riskini artırır”- YERMAK

ABŞ-ın hərbi yardımının gecikməsi Ukraynanın Rusiya ilə müharibədə məğlubiyyət riskini artırır.

Azpost.info xəbər verir ki, bunu Vaşinqtonda ABŞ Sülh İnstitutunda çıxışı zamanı Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermak deyib.

“Eyni mövqeləri saxlamaq və sağ qalmaq bizim üçün çətin olacaq”, – Yermak bildirib.

O, Ukraynanın 2024-cü il üçün hərbi fəaliyyət planının olduğunu da vurğulayıb.

Yermakın bəyanatı Ağ Evin dekabrın 4-də Ukraynaya əlavə yardımın ayrılmasını təmin etmək cəhdləri fonunda verilib. Oktyabr ayında ABŞ prezidenti Co Bayden Konqresə Ukrayna və İsrailə ümumilikdə 106 milyard dollar məbləğində silah tədarükü və digər yardımların maliyyələşdirilməsi üçün sorğu göndərib ki, bunun da 60 milyard dollarını Ukrayna almalıdır.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.