İran prezidenti İbrahim Rəisi Moskvaya rəsmi səfərə gəlib.
Azpost.info xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali məlumat verib.
“İran prezidenti İbrahim Rəisi Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya gəlib”, – səfir bildirib.
Cəlali qeyd edib ki, Rəisinin səfəri və Tehranla Moskva arasında qarşılıqlı əlaqələr yeni dünya nizamının formalaşmasına mühüm töhfə verir.
Kremldən bildiriblər ki, Putin və Rəisi arasında keçiriləcək danışıqlarda ticari-iqtisadi, o cümlədən nəqliyyat və energetika sahəsində əməkdaşlıq müzakirə edəiləcək. Həmçinin əsas beynəlxalq və regional mövzular ətrafında fikir mübadiləsi aparılacaq.
Azpost.info