İcmal büdcənin profisiti proqnozu 5,6 dəfə üstələyib

2023-cü il icmal büdcəsinin gəlirləri 50 milyard 343,6 milyon manat təşkil edib ki, bu da proqnoza nisbətən 7 milyard 283,5 milyon manat və ya 16,9 faiz, 2022-ci illə müqayisədə isə 7 milyard 246,0 milyon manat və ya 16,8 faiz çoxdur.

Maliyyə Nazirliyindən bildirilib ki, icmal büdcənin xərcləri 41 milyard 269,8 milyon manat proqnoza qarşı 956,0 milyon manat (2,3 faiz) az və ya 40 milyard 313,8 milyon manat təşkil edib. Bu da 2022-ci illə müqayisədə 5 milyard 240,2 milyon manat və ya 14,9 faiz çoxdur.

İcmal büdcədə 10 milyard 29,8 milyon manat büdcə artıqlığı (profisit) yaranıb ki, bu da proqnoza nisbətən 5,6 dəfə çoxdur.

Əvvəlki məqalə

Azərbaycanın daxili dövlət borcu 15.9 mlrd. manatadək artıb

Sonrakı məqalə

Rusiyanın cənubu Ukraynanın tarixi torpaqları kimi tanındı