İcra başçısının müavini və şöbə müdiri koronovirusa yoluxub –

Qubada
12 İyul 2020 - 12:29

Quba Rayon İcra Hakimiyyətinin başçısının humanitar məsələlər üzrə müavini Səidə Abbasova və ümumi şöbənin müdiri Neman Hüseynov yeni növ koronavirusa (COVİD-19) yoluxub.

Hər iki şəxs koronavirus xəstələrinin müalicəsi üçün ayrılan Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.