İcra başçısının oğlu Bakı Baş Gömrük İdarəsini məhkəməyə verib

“Aqrokimya” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) Bakı Baş Gömrük İdarəsini məhkəməyə verib.

Azpost.info xəbər verir ki, məhkəmə çəkişməsinin səbəbi vergi məsələləri üzrə mübahisələrdir.

Birinci instansiya məhkəməsi “Aqrokimya” MMC-nin iddiasını təmin etməyib. MMC apellyasiya şikayəti verib. Şikayət Bakı Apellyasiya Məhkəməsində Aytən Oruczadənin sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən araşdırılacaq. Aprelin 27-nə iş üzrə şifahi məhkəmə baxışı təyin edilib.

Açıq mənbələrdə məhkəmə çəkişməsinin səbəbləri barədə ətraflı məlumat yoxdur. “Aqrokimya” MMC 1991-ci ildən fəaliyyət göstərsə də, 7 noyabr 2000-ci ildə qeydiyyata lınıb. Nizamnamə kapitalı 9 938.80 AZN olan MMC-nin qanuni təmsilçisi Məmmədov Rəhman Məmməd oğludur. O, həm də şirkətin prezidenti vəzifəsini daşıyır.

Rəhman Məmmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun oğludur. O, bu vəzifəyə atası icra başçısı olandan sonra təyin edilib. Daha doğrusu, Rəhman Məmmədovu “Aqrokimya” MMC-nin prezidenti vəzifəsinə atası təyin edib. Bəzi iddialara görə, “Aqrokimya” MMC fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətində olan şirkətlərin sırasına daxildir.

Abbas

Əvvəlki məqalə

Prokuror mübahisə zamanı tanışını öldürənə 20 il cəza tələb edib

Sonrakı məqalə

Aparıcı Turan İbrahimov “Space” TV-dən getdi