İflic olanlar yaza, mesaj göndərə, onlayn bazarlıq edə biləcəklər –Yeini kəşf olan beyin implantı hazırlanır

Texnologiyanı ağılla idarə etmək bacarığı artıq elmi fantastika deyil, bir neçə şirkət insanlara bunu etməyə imkan verən beyin implantları hazırlayır. Bu şirkətlərdən biri dünyanın ən varlı adamı İlon Maska məxsusdur.

“Evronews”un məlumatına görə, beyin implantı stentrod iflicin ağır formaları olan insanlara yazı yazmaq, mesaj göndərmək, e-poçt, onlayn alış-veriş və bankçılıq kimi vəzifələri yerinə yetirməyə imkan verəcək. Alimlərin fikrincə, simsiz olaraq xarici cihazlara ötürməyə imkan verən beyin-kompüter interfeysi bütün kommunikasiyaların gələcəyidir.

Stentrod implantı sadəcə, boyun venasından beyinə daxil edilir. Beləliklə, xəstələr sensor ekran, siçan, klaviatura və ya səs aktivləşdirmə texnologiyasının vasitəçiliyi olmadan rəqəmsal cihazları idarə etmək üçün beyin impulslarından istifadə edə bilirlər.

Bu günə qədər stentrod implantı yalnız bir neçə xəstəyə quraşdırılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.