“İiqtisadi neytrallığımız hər kəsin ürəyincə deyil” –Macarıstan Baş naziri

Macarıstan hökuməti əlindən gələni edəcək ki, növbəti onillikdə də ölkə son onillikdə olduğu kimi bütün təşəbbüslərdə qalib gəlsin”.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazir Viktor Orban İctimai Radioya həftəlik müsahibəsində bildirib. O, pandemiya, Ukraynadakı müharibə, enerji böhranı, inflyasiya və Asiya bazarlarında qlobal iqtisadiyyata təsir edən proseslər kimi bir sıra ciddi çağırışları qeyd edib. Onun fikrincə, uyğunlaşmayan və bu çağırışların öhdəsindən gələ bilməyən ölkələr uduzur. Yeni iqtisadi neytrallıq siyasəti Macarıstanı bu çağırışlarla mübarizə üçün lazımi vasitə və üsullarla təmin edəcək.

Hökumət başçısı xəbərdarlıq edib ki, hazırda iki – qərb və şərq blokun yaranması prosesi gedir. Macarıstan onların heç birinə qoşulmayacaq, çünki “hər ikisi ilə güclü və dərin iqtisadi əlaqələrin olması” ölkənin maraqlarına uyğundur.

Baş nazir bildirib ki, iqtisadi neytrallıq bərqərar etmək üçün Macarıstan ilk növbədə öz maraqlarını dərk etməlidir. Avropa Asiyanın yüksəlişinə və özünün iqtisadi çətinliklərinə cavab olaraq bloklar yaratmağa başlamaqla “intihar yolu”na qədəm qoyub.

Orban avropalı həmkarlarını blokun “bu yolla getməməli olduğuna” inandırmağa çalışdığını bildirib. “Lakin avropalılara böyük təzyiq göstərilir və iqtisadi neytrallıq hələ ki, hər kəsin ürəyincə deyil”, – deyə o əlavə edib.

Viktor Orbanın sözlərinə görə, iqtisadi neytrallığın mahiyyəti başqalarının “iqtisadiyyata siyasi prizmadan baxmaq” niyyətlərini Macarıstana “zorla qəbul etdirməyə” imkan verməməkdən ibarətdir.

Əvvəlki məqalə

Ziya Bünyadov prospektində hərəkət bərpa edilib

Sonrakı məqalə

İtaliyada intizamı pozan şagirdlərlər sinifdə qalacaq –