İki ayda 7 milyon dollarlıq şəkər tozu ixrac edilib

Bu ilin yanvar-fevral aylarında 10 min tondan çox şəkər tozu ixrac edilib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, ixrac edilən şəkər tozunun dəyəri 7,3 milyon dollar olub.

Xatırladaq ki, 2022-ci ilin müvafiq dövründə dəyəri 4,1 milyon dollar olmaqla 6305 ton şəkər tozu ixrac edilib.

Əvvəlki məqalə

“Putin Ukrayna ilə bağlı bunu hesaba qatmamışdı”

Sonrakı məqalə

Şarl Mişel Prezident İlham Əliyevə zəng etdi