İki ayda informasiya və rabitə sahəsinə bu qədər pul xərclənib

network cables connected to switch

Cari ilin yanvar-fevral aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 3 faizi informasiya və rabitə sahələrində xidmətlərin göstərilməsinə sərf olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, əsas kapitala yönəldilmiş vəsaitin 65,4 milyon manatı informasiya və rabitə sahəsinin, o cümlədən 62,6 milyon manatı rabitənin payına düşüb.

Əsas kapital istehsal potensialını təyin edən mühüm göstərici kimi,  əmək vasitələrinin dəyərində əks olunur. Milli sərvətin çox dəyərli hissəsini təşkil edən əsas fondlar, həm də ümumi təkrar istehsal prosesinin həlledici şərti, əmək məhsuldarlığını, istehsalın səmərəliliyini, iqtisadi qüdrəti artıran mühüm amil kimi də çıxış edir.

Əvvəlki məqalə

Qərbi Azərbaycan İcması UNESCO-nun Baş direktoruna məktub göndərib

Sonrakı məqalə

Ötən il vərəmə yoluxan xəstələrin sayı