“İkitərəfli mexanizm yaradaq”- İrəvandan Bakıya yeni TƏKLİF

Ermənistan diplomatik kanallar vasitəsilə Azərbaycana atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizm yaratmağı təklif edib.

Azpost.info xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyanın ofisinin mətbuat xidməti məlumat yayıb.

Bu təşəbbüsün sərhədyanı ərazilərdə gərginliyin qarşısını alacağı güman edilir.

“Ermənistanın Baş nazirinin ofisi diplomatik kanallar vasitəsilə Azərbaycan Prezident Administrasiyasına atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizm yaratmağı təklif edib. Baş nazirin ofisi bu mexanizmin praktiki tətbiqinə başlamağı təklif edir”, – məlumatda deyilir.

Azpost.info

Əvvəlki məqalə

Gürcüstanda 4,2 bal gücündə zəlzələ olub

Sonrakı məqalə

Ağtafada kütləvi zəhərlənmə olub