İlham Əliyev Ağdamın işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik etdi

20 Noyabr 2020 - 12:08

Prezident İlham Əliyev Azərbaycan xalqını Ağdam rayonunun işğaldan azad olunması münasibətilə təbrik edib.

Bu barədə dövlət başçısı bu gün xalqa müraciətində bildirib.

“Əziz həmvətənlər! Mən sizi Ağdam rayonunun işğaldan azad olunması münasibəti ilə ürəkdən təbrik edirəm. Bütün ağdamlıları ürəkdən təbrik edirəm. Əziz ağdamlılar, siz artıq qaçqın deyilsiniz. Siz doğma dədə-baba torpaqlarınıza qayıdacaqsınız”, – deyə Prezident vurğulayıb.