İlham Əliyev Aqrar Universitetinin yeni korpusunun açılışında iştirak edib

24 İyun 2020 - 18:03

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncəyə səfərləri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında iştirak ediblər.

Dövlət başçısı və birinci xanım yeni tədris korpusunda yaradılan şəraitlə tanış olublar.