İlham Əliyev Mərkəzi Bankın Sədrinə tapşırıq verdi:"Banklara ciddi nəzarət edin, heç bir sürpriz olmamalıdır"

Ölkədə bank maliyyə sisteminin sabitliyini qorumaq üçün bankların fəaliyyətinə nəzarət güclənirilməlidir.

Azpost.info fed.az-a istinadən xəbər verir ki, bu barədə prezident İlham Əliyev bildirib.

Onun sözlərinə görə, ölkədə aparfıan iqtisadi islahatlar və yaradılan maliyyə sabitliyi şəraitində nəzarət etmək lazımdır ki, banklardan heç bir «sürpriz»  (yəni mənfi «sürpriz») baş verməsin.

Prezident xatırladıb ki, ötən il AMB-nin səlahiyyətləri genişləndirilib və AMB-nin sədri Elman Rüstəmova banklara ciddi nəharətlə bağlı tapşırıqlar verib. Onun sözlərinə görə, banklarda xüsusilə «şübhəli» kreditlərin verilməsinə, daha ciddi nəzarət edilməlilir. 

Dövlət başçısı xatırladıb ki, banklara 2 milyard manat əlavə resurs verilsə də, amma yenə də kreditlərin artımı əsasən istehlak kreditlərinə yönəlib: «Bəzi banklar kredit artımı istehlak kreditlərinə üstünlük verib bu da təhlükəli tendensiya ola bilər. Elə etməliyik ki, bank sektoru daha çox real sektoru dəstəkləsin. Elə mexanizm tətbiq edilməlidir ki, banklar da bunda maraqlı olsunlar».

Prezident bildirib ki, bu məsələyə AMB da nəzarət etməlidir: «Biz bunu başlı-başına buraxa bilmərik,  əlbəttə, bəzi banklar üçün istehlak kreditləri daha asan və daha əlverişlidir. Amma ölkə iqtisadiyyatı üçün biznes kreditləri daha vacibdir. Ona görə də iqtisadiyyat nazirliyi ilə bu məsələlər müzakirə edilsin».

Dövlət başçısı bildirib ki, hazırda  ölkədə iqisadi və maliyyə sabitliyi yaranıb, manatın məzənnəsi sabitdir, tədiyyə balansının saldosu müsbətdir və bank sisteminə təhlükə yarada biləcək ciddi səbəb yoxdur. «Ona görə də, bank sistemində heç bir sürpriz olmamalıdır»-deyə dövlət başçısı AMB rəhbərinə ciddi tapşırıq verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Sarrac sənədi imzalayıb, Haftar sabaha kimi vaxt istəyib” –

Sonrakı məqalə

“Bazardan 700 milyon dollar aldıq ki, manat bahalaşmasın” –