İlham Əliyev Pakistan Prezidenti ilə görüşüb –

Arif Alvi Qələbə münasibətilə təbrik edib
28 Noyabr 2021 - 16:50

Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi ilə görüşü olub.

Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Pakistan Prezidenti Arif Alvi Azərbaycanı və Azərbaycan Prezidenti İlham Əliyevi Vətən müharibəsindəki Qələbəsi münasibətilə təbrik edib.
Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında çıxış edən Pakistan Prezidenti deyib ki, fürsətdən istifadə edib Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası münasibətilə Prezident Əliyevi bir daha təbrik etmək istərdim.
“Onun bu işə töhfəsini çox yüksək qiymətləndirirəm”,- deyə Pakistan Prezidenti vurğulayıb