İlham Əliyev Rusiyada hökumət dəyişikliyini şərh etmədi:

"Bu, Rusiyanın daxili işidir"
21 Yanvar 2020 - 23:38

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya-Azərbaycan münasibətlərinin gələcəkdə davamlı inkişaf edəcəyinə əminliyini bildirib və Rusiyada hökumət dəyişikliyini şərh etməyib.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

“Bu, Rusiyanın daxili işidir, ona görə burada şərh edəcək heç bir şey yoxdur. Əminəm ki, Rusiya-Azərbaycan münasibətləri gələcəkdə davamlı olaraq inkişaf edəcək”, – deyə İ.Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində jurnalistlərə bildirib.