İlham Əliyev və Ərdoğan Şuşaya gəldi –

YENİLƏNİB (CANLI)
15 İyun 2021 - 15:22

Prezident İlham Əliyev və Türkiyə prezidenti Ərdoğan Şuşaya gəlib.

Azpost.info bildirir ki, qardaş dövlətlərin bayraqları ilə bəzənmiş Şuşanın icra hakimiyyətinin binası qarşısında fəxri qarovul durub.

Prezidentlər fəxri qaravulun qarşısından keçiblər.

Hər iki dövlətin himni səslənib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Nümayəndə heyətinə həmçinin Türkiyə müdafiə naziri Hulusi Akar, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun, Türkiyə Prezidentinin sözcüsü İbrahim Kalın, Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəlik, Ədalət və İnkişaf Partiyasının millət vəkili və NATO-da Türk Qrupu rəhbəri Osman Aşkın daxildir.