İlham Əliyevin Şuşadan müraciətinə İrandakı soydaşlardan görünməmiş dəstək –

“BBC Fars”ın instaqram səhifəsi rekord vurdu (FOTO)
21 Mart 2021 - 10:44

BBC radiosunun fars redaksiyası rəsmi instaqram səhifəsində Azərbaycan prezidenti İlham Əliyevin Şuşada Novruz tonqalını yandırması və xalqa müraciəti barədə yazı yerləşdirib.

Azpost.info bildirir ki, “Azərbaycan prezidenti Novruz tonqalını Şuşa zirvəsində qaladı” başlıqlı yazı böyük maraqla qarşılanıb.

Foto şəkillərlə müşaiyət olunan bu post 14 saatın içində 242 min istifadəçi tərəfindən bəyənilib və 7 min şərh yazılıb. 13 milyon izləyicisi olan “BBC Farsca”nın səhifəsindəki bu paylaşım ən çox bəyənilən və şərh yazılan statusdur.

Yazıya verdikləri şərhlərində İrandan, cənub Azərbaycandan olan soydaşlarımız Azərbaycanın işğal olunmuş torpaqların azad etmək üçün apardığı 44 günlük müharibəni dəstəkləyib, Azərbaycanla qürur düyduqlarını yazıblar.

https://www.instagram.com/p/CMpU-ZwJJJc/?igshid=kr1jk1vvbkfr&fbclid=IwAR1PPlkr_D-EOxi4PtYreU-j0FsiprIg2YzZJZypphnY6uCP-wRut7AgaGQ