İlham Əliyev və Paşinyan təkbətək görüşüblər –Şarl Mişel təsdiqlədi

Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında təkbətək görüş keçirilib.

Sözügedən görüş Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı nahar əsnasında baş tutmuş üçtərəfli görüşdən sonra olub.

Onların nə barədə danışdıqları açıqlanmayıb.

Şarl Mişel təkbətək görüşün olduğunu jurnalistlərə təsdiq edib. “Bəli, bu doğrudur. Liderlərin bir -biri ilə üzbəüz danışmağı mühümdür”-deyə Mişel vurğulayıb.

Qeyd edək ki, bu, 44 günlük Vətən müharibəsindən sonra iki ölkə rəhbərləri arasında ilk təkbətək görüşdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Paşinyan dəmir yolunun çəkilişinə tezliklə start veriləcəyini bildirib

Sonrakı məqalə

Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 5,2 milyonu ötüb