“İlk mərhələdə 66 min keçmiş məcbur köçkün evlərinə qayıdacaq” –Emin Hüseynov

İşğaldan azad edilmiş ərazilərdə bütün bərpa və reabilitasiya prosesini 3 əsas mərhələyə bölmək olar. Birinci mərhələni 2026-cı ilə qədər yekunlaşdırmaq niyyətindəyik.

Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Naftalan – Sağlamlıq və turizmin sinerji mənbəyi. Regionda yeni rellıqlar” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

“Burada əsas hədəflərimiz Füzuli və Ağdamın iki şəhər mərkəzini və 32 kəndi yenidən qurmaqdır. İlk mərhələdə 66 minə yaxın keçmiş məcbur köçkün soydaşımız yeni evlərinə qayıda biləcək”, – o bildirb. (APA)

Əvvəlki məqalə

Antiterror Komitəsi Krım körpüsündə yanğının səbəbini açıqladı –

Sonrakı məqalə

Krım körpüsündə yanğınla bağlı hökumət komissiyası yaradılır