Amerikalı milyarder İlon Mask 12-ci dəfə ata olub.
Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən yazıb.
Körpənin anası Şivon Zilis iş adamının qurduğu “Neuralink” korporasiyasının top meneceridir.
“Mask son beş ildə ən azı 12 uşaq atası olub. Onlardan üçü müğənni Qraymsdan, üçü isə Neuralink korporasiyasının xüsusi layihələrin direktoru Şivon Zilisdəndir. Biri hələ də ictimaiyyətə məlum deyil”, – agentlik qeyd edir.
Bu, Zilis və Maskın üçüncü övladıdır. Körpənin cinsiyyəti hələ məlum deyil.
Azpost.info