İlon Mask “Mançester Yunayted” futbol klubunu almaq istədiyini bildirib

“Space X” və Tesla şirkətlərinin sahibi olan amerikalı sahibkar İlon Mask İngiltərənin “Mançester Yunayted” futbol klubunu almaq niyyətində olduğunu bildirib.

Mask bu barədə “Twitter“ hesabında məlumat yayıb.

O, ABŞ-dakı daxili siyasi vəziyyətlə bağlı fikirlərinə münasibət bildirərkən, “Bundan başqa, mən “Mançester Yunayted”i alıram”,- deyə paylaşımında bildirib.

O, hələlik müqavilə və futbol klubu ilə bağlı planlar barədə heç bir məlumat verməyib.

Əvvəlki məqalə

Tayvan adasında 17 Çin döyüş təyyarəsi və 5 gəmi görünüb

Sonrakı məqalə

Qara gavalı sümükləri və ürəyi zədələnmədən qoruyur