Amerikalı iş adamı və “Tesla” şirkətinin baş direktoru İlon Maskın sərvəti şirkətin səhmləri 15 faiz bahalaşdıqdan sonra 26,5 milyard dollar artıb.
Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Mask 290 milyard dollarlıq sərvəti ilə BBI reytinqində birinci yeri tutmağa davam edir.
Daha əvvəl Donald Tramp yenidən seçiləcəyi təqdirdə ən yaxın müttəfiqlərini – milyarder İlon Maskı və siyasətçi kiçik Robert Kennedini gələcək administrasiyasında mühüm vəzifələrə təyin etmək niyyətində olduğunu bildirmişdi.
Azpost.info