İlqar Məmmədov icazəsiz mitinqin əleyhinə çıxdı:“İcazəsiz aksiya hədəflərimizə ziyan vura bilər”

 REAL sədri İlqar Məmmədov fevralın 29-da Bakı şəhərində icazəsiz etiraz  aksiyasının keçirilməsinin əleyhinə çıxıb.

 Azpost.info bildirir ki, Bakı şəhər icra hakimiyyətinin mitinqlə bağlı qərarını şərh edən İ. Məmmədov bununla bağlı mövqeyini bölüşüb: “Fevralın 29-da daha bir icazəsiz aksiya keçirməyimiz hədəflərimizə faydadan çox ziyan vura bilər. Diqqətimizi geniş siyasi iştirakçılığın hazırlanmasına, təşviqinə və uyğun siyasi şəraitin yetişdirilməsinə yönəltməliyik. Uyğun şərait yaradan kimi dinc, demokratik, konstitusion kütləvi aksiya qərarını yenidən verməliyik”.

Onun sözlərinə görə, seçki mövsümü ilə əlaqədar açılan kütləvi aksiya fürsətini fevralın 16-da nümayiş etdirə bildilər:”İcazəsiz mitinqimiz böyük ictimai-siyasi diqqət cəlb etsə də, yüzlərlə iştirakçı qısa müddətə saxlanılsa da, bu icazəsiz mitinq həbslərlə nəticələnmədi”.

Xatırladaq ki, Müsavat və REAL parlament seçkilərinin nəticələrinə etirazını bildirmək üçün BŞİH-ə mitinq keçirmək üçün yer ayırmağı xahiş ediblər. Şəhər rəhbərliyi aksiya üçün Lökbatanda yer ayırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda qoyunların sayı kəskin şəkildə artıb

Sonrakı məqalə

“Azərbaycanla sərhəd bağlanmayıb” –