İmişlidə ər arvadını öldürdü, özü də intihar etdi

İmişli sakini arvadını bıçaqlayaraq öldürüb.

Hadisə İmişli şəhərində qeydə alınıb.

Gecə saat 01 radələrində İmişli rayonunun Yalavac kənd sakini, 1983-cü il təvəllüdlü Əhmədov Mehbalı Xanoğlan oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı 1988-ci il təvəllüdlü Mustafayeva Turan Vaqif qızını 9 bıçaq zərbəsi ilə qətlə yetirib. O, daha sonra özünü bıçaqlayaraq intihar edib.

Onların birgə nigahdan bir övladları var.

Faktla bağlı İmişli rayon prokuroluğunda araşdırma aparılır. (APA)

Əvvəlki məqalə

Zelenski və Conson yenidən Kiyevin küçələrində

Sonrakı məqalə

ABŞ Ukraynaya zərbə PUA-ları satmaqdan imtina edib