İmişlidə kanalda batması ehtimal olunan 11 yaşlı uşağın axtarışları davam edir

Ötən il dekabrın 26-da İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən davam etdirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Muğan Regional Mərkəzinin qüvvələri cəlb olunmaqla uşağın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.