“İndi çox məşhur olan ixtisaslar 5 il sonra lazım olmayacaq” –DİM sədri Məleykə Abbaszadə

“Hazırkı məqamda ali təhsil sistemində məzmun məsələləri həm əmək bazarının tələbləri, həm də elmin inkişafı nəzərə alınaraq kifayət qədər dəyişməlidir”.

Bunu “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimində çıxış edən Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, artıq ölkənin təhsil sistemində bu siyasət yerinə yetirilir: “Bildiyiniz kimi, bizim bir çox universitetlər ikili diplom proqramına qoşulub, dünyanın ən müasir universitetləri ilə birgə ali təhsilin məzmununu dəyişir və müasirləşdirirlər”.

Məleykə Abbaszadə deyib ki, artıq bir ixtisası ömürlük seçmək mümkün deyil. Onun sözlərinə görə indiki dövrdə insanlar öz məşğul olduğu sahəni 5 dəfə dəyişməli olur.

“Texnologiyalar çox dəyişir. Ola bilsin ki, indi çox məşhur olan ixtisaslar 5 il sonra lazım olmayacaq. İxtisas seçimi yox, fəaliyyət istiqaməti təyin edilməlidir. Öz-özünü kəşf etmək üçün testlər var. DİM tərəfindən çoxdan individual xidmətləri göstərilir, müraciət edənlərin sayı isə elə də çox deyil. Amma 15-16 yaşlı uşaqlarda bunu etmək üçün Təhsil Nazirliyi ilə layihə həyata keçirəcəyik və bu dövlət layihəsi olacaq. Biz təfəkkürü dəyişmək üçün bunu etməliyik”, – deyə M. Abbaszadə əlavə edib.

Əvvəlki məqalə

Korrupsiyaya qarşı mübarizə ilə bağlı ictimai dinləmələr keçirilib

Sonrakı məqalə

Putin Roqozini “Roskosmos”un baş direktoru vəzifəsindən azad edib