“Indiana Cons”un növbəti filmi çəkiləcək –Yenə Harrison Ford oynayacaq

Amerikalı aktyor Harrison Ford “Indiana Cons”un beşinci filmində roluna qayıdır.

“Lucasfilm”in prezidenti Ketlin Kennedi H.Fordun filmdə iştirakını artiq təsdiqləyib: “Çox çalışırıq, ssenarinin üzərində işləyirik. Tamamlandıqda dərhal çəkilişlərə başlayacağıq və Harrison Ford layihəyə qoşulacaq. Bu yenidən başlama deyil, davamdır.”

Daha əvvəl baş rolun başqasına etibar olunduğu barədə şayiələr təkzib edilib.

Harrison Ford 1981-ci ildən franşizanın dörd filmində rol alıb: “Müqəddəs xəzinə ovçuları” (1981), “Qamçılı Adam” (1984), “Son səlib yürüşü”, “Kristal kəllə qutusu krallığı” (2008).

Filmin beşinci hissəsinə hələ ad verilməyib.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi

Sonrakı məqalə

Azərbaycanın otellərində ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir?