İndoneziya BRİKS-ə qoşulmaq istəyir

İndoneziya BRİKS-ə qoşulmaq istəyir.

Azpost.info xəbər verir ki, bunu ölkənin Xarici İşlər Nazirliyi Kazan sammitində iştirakından sonra verdiyi açıqlamada bildirib.

XİN hesab edir ki, BRİKS-də iştirak dövlətin ölkələr arasında körpü rolunu gücləndirəcək.

“Xarici işlər naziri Suqiono sammitdə İndoneziyanın BRİKS-ə qoşulmaq niyyətini ifadə edib. Qoşulmaq o deməkdir ki, İndoneziya inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü rolunu oynayan, Qlobal Cənubda ərzaq təhlükəsizliyi, enerji davamlılığı və yoxsulluğun azaldılmasının gücləndirilməsinə sadiqdir”, – İndoneziya XİN-dən bildirilib.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanda və Özbəkistanda müvəqqəti işləyənlərlə bağlı Saziş təsdiqlənib

Sonrakı məqalə

60 yaşlı Kianu Rivz “Con Uik”-in davamında çəkiləcəkmi?