İnfarktdan qorunmaq və ürək sağlamlığı üçün nə etməliyik?- Həkim RƏYİ

Ürək sağlamlığı üçün pis vərdişlərdən imtina etməlisiniz.

Azpost.info xəbər verir ki, bunu Rusiya Tibbi və Bioloji Agentliyinin Təhsil Akademiyasının ürək-damar cərrahiyyəsi kafedrasının baş müəllimi Viktor Baldin deyib.

Onun sözlərinə görə, ürək-damar sisteminin fəaliyyətinin bərpasında mühüm rol oynayan sağlam həyat tərzidir.

Həkim deyir ki, gündəlik rejimi normallaşdırmaq, orta fiziki fəaliyyətdə olmaq və xroniki xəstəliklərə nəzarət etmək lazımdır.

Baldin qeyd edib ki, infarktın qarşısını almaq üçün qidalanma rejiminə riayət etmək lazımdır: “Omeqa-3 yağ turşuları olan məhsullar xüsusilə faydalıdır. Səhər yeməyində yulaf əzməsi və ya az yağlı qatıq yeyə bilərsiniz, çünki onlar ürək üçün faydalıdır. Bundan başqa, dənli bitkilər, tərəvəzlər, göyərti, albalı, qaragilə, gavalı və portağalların qida rasionuna əlavə edilməsi tövsiyə olunur”.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.