“İnsan alveri ilə bağlı 156 cinayət qeydə alınıb” –General Həzi Aslanov

“Hesabat ilində insan alveri сinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə verilməsi sahəsində fəaliyyət də məqsədyönlü xarakter daşıyıb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 156 insan alveri, 3 məcburi əmək, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 43 cinayət qeydə alınıb”.

Bu fikirləri Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deyib.

General-mayor Həzi Aslanov axtarışda olan 26 təqsirləndirilən şəxsdən 12 nəfərinin tutulduğunu qeyd edərək, xarici dövlətlərdə gizlənən cinayətkarların ekstradisiyasının çətinlikləri barədə danışıb. Bildirib ki, hesabat ilində 95 nəfər insan alveri qurbanı (94 qadın, 1 kişi) müəyyən edilib.

Əvvəlki məqalə

Ölkədə yağ təminatında çətinlik yaranmayacaq –

Sonrakı məqalə

Regional Təhsil İdarələrinə rəhbər şəxslər təyin olunub