İnstagram”ın rəhbəri, amerikalı sahibkar. Nyu-Yorkun Çappaqua şəhərində anadan olub, böyüyüb. Medya və informasiya dizaynı sahəsində bilik əldə etmək üçün Nyu-York Universiteti Gallatin İndividuallaşdırılmış Təhsil Məktəbinə daxil olub. 2005-ci ildə informasiya dizaynı ixtisası üzrə məzun olub. Hələ 2003-cü ildə universitetdə təhsil alarkən A. Mosseri, qrafika, sərgi dizaynı ilə bağlı “Blank Mosseri” adlı dizayn konsultasiyalarına başlayıb.
Mosseri 2008-ci ildə “Facebook”da dizayneri kimi çalışmağa başlayıb. 2009-cu ildə dizayn üzrə menecer, 2012-ci ildə isə şirkətin mobil tətbiqlərinin dizayn üzrə direktoru olub. 2012-ci ildən 2016-cı ilə qədər Mosseri “Facebook”un “News Feed” bölməsinə rəhbərlik edib. 2016-cı ildən 2018-ci ilin mayına qədər “Facebook”da vitse-prezident vəzifəsində çalışıb. 2018-ci ilin may ayında Mosseri “İnstagram”da vitse-prezident vəzifəsinin icrasına başlayıb. 2018-ci ilin 1 oktyabr tarixində “Facebook” elan edib ki, “İnstagram”ın təsisçiləri Kevin Systrom və Mayk Kriegerin istefa verdikdən sonra Adam Mosseri “İnstagram”ın yeni rəhbəri olacaq. Adam Mosseri həyat yoldaşı Monica Mosseri və iki az yaşlı oğlu ilə birlikdə ilə San-Fransiskoda yaşayır. Qeyd edək ki, Kevin Sistrom və Mayk Kriqer 2010-cu ildə “Instagram” foto-video xidmətini yaradıblar, 2012-ci ildə isə Facebook həmin xidməti 1 milyard dollara satın alıb.
“İnstagram”ın rəhbəri Adam Mosseri azərbaycanlı jurnalist Hafiz Əhmədovun rəhbəri olduğu HafizTimes.com -un sualını cavablandırıb.
-Niyə “İnstagram”da izləyicilərinizin sayı azdır?
-Soyuq biriyəm. Yəqin ki, kifayət qədər cəlbedici məlumatlar paylaşmıram.
-Gündəlik olaraq hansı telefondan istifadə edirsiniz?
-Hazırda Not 10 Plus. Əvvəllər “stylus” qələmindən istifadə etmirdim. Amma bununla “story”lər üzərində müxtəlif əyləncəli şəkillər çəkirəm. Telefonları tez-tez dəyişdirirəm.
Uğurunuzu nəyə borclusunuz?
-Problemi həll etməyi anamdan, emosional zəkanı atamdan öyrənmişəm. Çox iş, imtiyaz və şans…
-“Like”ların sayının gizli olması nə vaxt mümkün olacaq?
-Hələ də dəqiq deyil. Hazırda insanların “instagram”ı necə istifadə etdiklərini, dəyişikliklərə necə reaksiya verəcəklərini müəyyən etmək üçün müxtəlif ölkələrdə “like”ları gizli saymaq üçün testlər keçiririk.
-Niyə bəzi şərhlər görünür, digərləri isə görünmür?
-Əla sual! Uzun şərhlərdə sizə ən maraqlısını göstərmək üçün onları sıralayırıq və aqressiv şərhləri bir pillə aşağıya çəkirik.
-İşinizin ən yaxşı tərəfi nədir?
-Həm dünyada, həm də burada işləyən möhtəşəm insanlarla gözəl vaxt keçirirəm.
-Bir dizaynerin uğurlu menecer olması üçün ən yaxşı məsləhətiniz nədir?
-Bir menecer olaraq insanlar üçün çalışıram. İşim insanların ehtiyacı ilə şirkətin istəkləri arasında üst-üstə düşənləri müəyyən etmək və bunları uğura çevirməkdir. Xüsusilə dizayn menecerləri üçün qeyd etmək istəyərəm ki, dizaynerlər və özəlliklə də karyeralarında daha öndə olanlar özlərinə verdikləri dəyərlə, insanların onların işinə verdikləri dəyəri ayırmaqda çətinlik çəkirlər. “Feedback”in hər şey olduğunu başa düşmələrinə kömək edin. Bu, tənqid deyil dəstəkdir.
“İnstaqram”ın yaradılmasında sizin də rolunuz varmı?
-Xeyr. Mən yaratmamışam. “İnstagram”ı Kevin və Mikey yaradıb. Hər zaman onlara borcluyam.
Bir dizayner olmağınız hazırkı mövqeyinizə yüksəlməyinizə necə təsir edib? Sizin kimi olmaq istəyənlər üçün hansı məsləhəti verə bilərsiniz?
-Dizayn problemi həll etməklə bağlıdır: Məqsədinizin nə olduğunu aşkar ifadə etməli, müxtəlif variantları araşdırmalı, istedadlı insanların rəylərini öyrənməli, ticarət əlaqələrini düzgün qiymətləndirməli və sonda bir qərar verməlidirlər. Mən də bunu hər gün işimdə etməliyəm.
-Həyat və işinizi necə balanslaşdırırsınız?
-Əminəm ki, hər səhər və hər axşam iki oğlumla keyfiyyətli vaxt keçirirəm.
Ən ideal istirahət gününüz necə keçir?
-Yatmaq, oğlanlarımla səhər yeməyi, ailə ilə birlikdə bir müddət parkda olmaq, qaçmaq və bəzən qəhvə içərkən oxumaq, ailə, dostlarla nahar etmək və sonra Monika ilə film izləməyə getmək…
–Hazırda ən sevdiyiniz “instaqram” hesabı nədir?
-Bunu demək çox çətindir. Bəzən “jameelajamilofficial”ın paylaşdıqlarına baxıram.
-Sizi daha çox nə motivasiya edir?
-Bu qədər çox insanı əhatə edən bir yerdə çalışmaq imkanım, möhtəşəm insanlarla işləməyim və işimi çox sevməyim məni daha çox motivasiya edir.