İnsult zamanı təcili yardım gələnə qədər bunları etmək olmaz!- Həkim RƏYİ

İnsult zamanı xəstə təcili yardım gələnə qədər yemək yeməməli, su içməməli və dərman qəbul etməməlidir.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın Serebrovaskulyar Patologiya və İnsult İnstitutunun direktoru Nikolay Şamalov deyib.

Onun sözlərinə görə, yanlış hərəkətlər fəsadlara səbəb ola bilər.

“İnsultdan şübhələnirsinizsə ağızdan heç bir şey qəbul etməyin. Bu o deməkdir ki, təcili yardım gələnə qədər həmin şəxsə yemək-içmək üçün heç bir şey verməmək, həmçinin dərman verməmək vacibdir. İnsultun başlanğıcında xəstələrin böyük əksəriyyəti udma problemi yaşayır. Bu vəziyyətdə bir həb qəbul etsəniz, udma problemləri səbəbindən o, ağciyərlərə daxil ola bilər. Buna görə də sonradan pnevmoniya inkişaf edə bilər”, – həkim qeyd edib.

O əlavə edib ki, pnevmoniya insult keçirmiş xəstələrin həyatı üçün riskləri xeyli artıran ağır bir fəsaddır. Ən yaxşı həll yolu qusma baş verərsə, boğulmaması üçün xəstəni böyrü üstə yatırıb təcili yardım həkimlərinin gəlməsini gözləməkdir.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.