"İnterfax" agentliyinin redaktoru itkin düşüb
“İnterfax” xəbər agentliyinin redaktoru Marqarita İqnatova Moskvada itkin düşüb.
APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı paytaxt polisi də təsdiqləyib. “Hazırda 1990-cı il təvəllüdlü qızın olduğu yer müəyyənləşdirilir. Anası polisə şikayət edib və axtarışlar davam etdirilir”, - Moskva polisinin məlumatında belə deyilir.
Növbəti xəbər yüklənir...