İordaniya Cənubi Koreyanı məğlub edərək ilk dəfə finala çıxıbAsiya Kuboku

Futbol üzrə Asiya Kubokunda yarımfinal mərhələsinin ilk oyunu keçirilib.

İordaniya seçməsi Cənubi Koreya ilə üz-üzə gəlib.

Görüş İordaniya millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 53-cü dəqiqədə Yazan Əl-Naimat açıb. Matçın yekun nəticəsini 66-cı dəqiqədə Musa Əl-Tamari müəyyənləşdirib.

Yarımfinalın növbəti qarşılaşması İran və Qətər yığmaları arasında olacaq. Sabah baş tutacaq matç Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Əvvəlki məqalə

Bolşevik rəhbəri Leninin dəfnindən GÖRÜNTÜLƏR –

Sonrakı məqalə

Azərbaycanlı diplomat Elşən Abduləzimov vəfat edib