İqlim dəyişikliyi nəticəsində Azərbaycanın su resursları 20-30 faiz azalıb

İqlim dəyişikliyi nəticəsində Azərbaycanın su resursları 20-30 faiz azalıb.

Bunu Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdir müavini Rafiq Verdiyev COP29 Sədrliyinin Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE), Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) Dübnye Meteorologiya Təşkilatı (WMO) ilə birgə əməkdaşlıq çərçivəsində təşktl etdiyi “Su, enerji ərzaq və ekosistemlər üzrə regional əməkdaşlıq vasitəsi ilə iqlim fəaliyyətinin sürətlənməsi” mövzusunda Dəyirmi Masada deyib.

“Biz Qanıx çayı hövzəsində Gürcüstanla birlikdə adaptasiya planları hazırlamaq istəyirik. Hər iki ölkə bu sahədə qətiyyətlidir. Beynəlxalq qurumların da bu sahədə dəstəyi önəmlidir. Biz Gürcüstanla əməkdaşlığı genişləndirmək istəyirik”, – deyə o bildirib.

Əvvəlki məqalə

Beynəlxalq Şahmat Federasiyasının prezidenti Bakıya gəlib

Sonrakı məqalə

BMT Baş katibi COP29-la bağlı G20 ölkələrinə çağırış edib: