“Azərbaycanda iqtidarla müxalifət arasında dialoq getdiyi barədə fikirlərlə razı deyiləm”.
Bu sözləri Azpost.info-ya açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.
Arif Hacılı əlavə edib ki, 44 günlük müharibə dövründə Müsavat Partiyası bir sıra təkliflər irəli sürüb və bir sıra məsələlərin müzakirəsində iştirak edib. Onun sözlərinə görə, partiyanın təklifləri həm media vasitəsilə, həm də birbaşa hakimiyyətin diqqətinə çatdırılıb. “Müharibədən sonra isə hər hansi ümumilli məsələ ilə bağlı Müsavatla dialoq aparmaq barədə hakimiyyət tərəfindən müraciət olunmayıb. Əksinə, mən bu yaxınlarda mətbuat vasitəsilə “Siyasi partiyalar haqqında” Qanunun Müsavatla müzakirə olunması üçün partiya nümayəndələrinin görüşünü təklif etmişəm. Amma hakimiyyət tərəfdən bu müraciətə hər hansı cavab verilməyib”, – deyə Müsavat başqanı bildirib.
Azpost.info