Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və ilk sədri Etibar Məmmədov Azpost.info–nun suallarını cavablandırıb:
-Etibar bəy, Qarabağ ətrafında bu günkü vəziyyəti necə qiymətləndirirsiniz?
-Qarabağ işğaldan azad edilib. Artıq bölgənin əhəmiyyətli hissəsi Azərbaycanın nəzarətindədir. Yəni, 30 ildən sonra torpaqlarımızı işğaldan azad etmişik. İndi qarşıda duran vəzifə məkunlaşdırma məsələsini və bölgənin qalan hissəsinin də problemini həll etmək qalır.
– ABŞ və Fransa israrla problemin yenidən ATƏT-in Minsk Qrupu çərçivəsində həllinə çalışır. Sizcə, Vaşinqton və Parisin Minsk Qrupunu “diriltmək” cəhdləri nəyə hesablanıb?
– ATƏT-in Minsk Qrupu artıq yoxdur. Ölü quruma çevrilib. Azərbaycan da öz torpaqlarını azad edib, status-kvo dəyişib. ATƏT-in Minsk Qrupu boş şeydir və bizə lazım deyil.
– Hakimiyyətlə siyasi partiyalar arasında gedən dialoq prosesini necə dəyərləndirirsiniz?
-Dialoq yoxdur, təmaslar var. Bu təmaslar davam etməlidir. Çünki atılan addımlar kifayət eləmir.
– AMİP-in sədrliyinə qayıtmaq fikriniz varmı?
-Xeyr, bu gün üçün belə bir məsələ yoxdur.
Azpost.info