"İrəvan, Bakı və Moskva bölgədə nəqliyyat əlaqələrini açmaq niyyətindədir".
Azpost.info bildirir ki, bu sözləri Rusiya Baş nazirinin müavini Aleksey Overçuk İrəvanda keçirilən biznes forumda jurnalistlərə açıqlamasında bildirib.
O bildirib ki, üçtərəfli işçi qrup görüşlər keçirir. Sonuncu görüş avqustun ortalarında Moskvada keçirilib: “Bütün tərəflər bölgədəki iqtisadi və nəqliyyat əlaqələrini blokdan çıxarmağa köklənib. Bunun necə baş tutması ilə bağlı müzakirələr aparılır.”- deyə Aleksey Overçuk vuröulayıb.
Overçukun sözlərinə görə, nəqliyyat marşrutlarının bərpası mal dövriyyəsinin genişlənməsi üçün yeni imkanlar açacaq.