“İrəvan və Bakı sülh sazişinin üç əsas bəndi üzrə razılığa gəliblər”- PAŞİNYAN

“İrəvan və Bakı sülh sazişinin üç əsas bəndi üzrə razılığa gəliblər”.

Azpost.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

“Tərəflər Alma-Ata bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədin delimitasiyası barədə razılığa gəliblər. Bununla yanaşı, Ermənistan və Azərbaycan ərazisindən keçdikləri ölkələrin suverenliyi və hakimiyyəti altında, bərabərlik və qarşılıqlılıq əsasında regional kommunikasiyaların açılması barədə razılığa gəliblər”, – Paşinyan deyib.

Onun sözlərinə görə, tərəflər razılaşdırılmış prinsiplərə əməl etsələr, sülh müqaviləsinin imzalanması reallaşacaq.

Baş nazir əlavə edib ki, Ermənistan hakimiyyəti sazişi imzalamağa hazırdır, lakin Azərbaycan tərəfindən də eyni hazırlıq lazımdır.

Azpost.info

 

Əvvəlki məqalə

Çin Si Cinpini diktator adlandıran Baydenə cavab verdi

Sonrakı məqalə

Azərbaycan milli və bəşəri dəyərlərə ehtiramı ilə seçilən məkandır