“İrəvanda olan Avropa missiyası Azərbaycana qarşı təxribat həyata keçirir” –Rusiya XİN-dən xəbərdarlıq

“Ermənistanda olan Avropa İttifaqının missiyası onun qonşuları olan Rusiya, Azərbaycan və İranın əleyhinə getdikcə daha çox işlər görür və açıq şəkildə təxribat xarakterli fəaliyyət həyata keçirir”.

Azpost.info bildirir ki, bunu “News.ru” portalına müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Bu misiyanın Avropa İttifaqının apardığı hibrid müharibəsinin aləti olması faktını onun məxfiliyi, nə Ermənistan, nə Azərbaycan, nə də digər maraqlı dövlətlər və strukturlar tərəfindən hesabatlılıq və nəzarətin olmadığı təsdiqləyir”, – Rusiya XİN rəhbərinin müavini qeyd edib.

“Missiya açıq-aşkar təxribat xarakterli fəaliyyət göstərir, tam şəkildə anti-Rusiya təbliğatı ilə məşğuldur. Ermənistan cəmiyyətində Avropa İttifaqının Ermənistan üçün “təhlükəsizlik və firavanlıq mənbəyi” olması barədə yanlış fikirlər aşılayır. Üstəlik, Aİ üzvlərinin fəaliyyəti getdikcə daha çox anti-Azərbaycan və anti-İran xarakterli xarakter alır”-deyə
Qaluzin vurğulayıb.

Onun sözlərinə görə, əgər uzunmüddətli regional təhlükəsizliyin, sabitliyin və sosial-iqtisadi inkişafın təmin edilməsindən danışırıqsa, o zaman Qərbin regionu hərbiləşdirmək, Aİ və NATO-nun hərbi-siyasi təsirini genişləndirmək planları buna uyğun gəlmir.

Diplomat qeyd edib ki, Rusiya Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının tamamilə açılmasının tərəfdarıdır. “2021-ci ildə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin qərarı ilə üç ölkənin baş nazir müavinlərinin birgə sədrliyi ilə yaradılan üçtərəfli işçi qrupu məhz bunu edir”, – deyə o bildirib.

Qaluzin bildirib ki, Qərb ölkələrinin təzyiqi ilə İrəvan bu yolda da üçtərəfli əməkdaşlığı dondurmaq qərarına gəlib.

Azpost.info

Əvvəlki məqalə

Donald Trampın təyyarəsi digər təyyarə ilə toqquşub

Sonrakı məqalə

Tibbi sığortanın fədakar yenilikçi həkimi