Rusiyanın Ermənistandakı müttəfiqlərinin Fransanın xarici işlər naziri Stefan Sejournetin Moskvanın guya İrəvana təzyiq göstərməyə çalışması ilə bağlı bəyanatlarına heç bir reaksiya verməməsi təəccüblüdür.
Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Qərb ölkələri Ermənistanda ancaq dağıdıcı gündəmi təbliğ edirlər.
“Təəccüblüdür ki, bizim müttəfiqlərimiz – Ermənistanın siyasi rəhbərliyi fransalı nazirin anti-Rusiya bəyanatlarına heç bir şəkildə reaksiya vermir. Rusiyada kimsə bizim dostlarımız haqqında belə desəydi, biz bunu dayandırmağın bir yolun tapardıq. Qərb dövlətləri Ermənistanda ancaq dağıdıcı gündəmi təbliğ edirlər. İnkişafa, problemlərin həllinə kömək etmirlər və münaqişə tərəflərinin ayırmağa çalışmırlar. Onlar ancaq itələməyə, çuxura salmağa, təhqir etməyə və məhv etməyə hazırdırlar”, – Zaxarova bildirib.
Azpost.info